Bu gün Konfrans Liqasında yarımfinalın cavab oyunlarına start verilib.

Sport24.az xəbər verir ki, turnirin ilk finalçısı Belçikada bəlli olub.

"Brügge" öz meydanında "Fiorentina"nı qəbul edib. Meydan sahibləri səfərdəki məğlubiyyətin revanşını ala bilməyiblər. Belçikalılar hesabı açsalar da, "Fiorentina" 85-ci dəqiqədə penaltidən cütün taleyini həll edən qolu vurub - 1:1.

"Bənövşəyilər" ötən mövsümdə də Konfrans Liqasının finalında çıxış ediblər. Komanda həlledici matçda "Vest Hem"ə uduzub (1:2).

Qeyd edək ki, sabah keçiriləcək digər yarımfinalda "Olimpiakos" "Aston Villa"nı qəbul edəcək.

Konfrans Liqası
Yarımfinal, cavab oyunu
8 may
20:45. "Brügge" – "Fiorentina" - 1:1

İlk oyun – 2:3