"Qəbələ" ilə oyunda bəzi azarkeşlər arasında insident baş verdi. Amma qısa vaxtda mühafizəçilərimizin və polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində münaqişənin böyüməsinə imkan verilmədi. Burda böyüdüləsi nəsə yoxdu. Futbol oyunlarında bəzən belə hallar da qaçılmazdı. Əsas odur ki, onun qarşısı vaxtında alınsın". Bu sözləri Sport24.az-a açıqlamasında  "Səbail"in mətbuat katibi Rəşad Məmmədov deyib.

 

Qeyd edək ki, Premyer Liqanın XXXIII turu çərçivəsində baş tutan "Səbail" - "Qəbələ" matçında media sektorun yanındakı sektorda insident yaşanıb.  Yalnız polislərin müdaxiləsindən sonra dava-dalaşın qarşısını almaq mümkün olub.

 

Mətbuatda yayılan xəbərlərə görə, matç başa çatandan sonra "Səbail"in məğlubiyyəti ilə barışmayan bir qrup azarkeş  Şahin Diniyevin qardaşı oğlu və klubun Müşahidə Şurasının (MŞ) üzvü İxtiyar Asyabinin oğluna fiziki təzyiq göstərib.