AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclasında ölkə futbolu ilə bağlı taleyüklü məsələlər müzakirəyə çıxarılacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, toplantının yaxın günlərdə keçirilməsi planlaşdırılsa da, dəqiq tarix hələ müəyyənləşməyib.

 

İclasın vaxtının dəqiqləşməməsinin səbəbi  də məlumdu. Redaksiyamıza daxil olan bilgiyə əsasən, ölkənin futbol təsərrüfatına rəhbərlik edənlər planlaşdırlan toplantıda millinin yeni baş məşqçisini ictimaiyyətə təqdim etməyi düşünürlər. Ancaq yığmanı çalışdırmağa namizədlərlə danışıqlar yekunlaşmadığından İK üzvləri bir araya gələ bilmir.  

 

Qeyd edək ki, son günlər mətbuatda AFFA rəhbərliyinin almaniyalı Stefan Kuntz və slovakiyalı Vladimir Vayssla danışıq apardığı barədə xəbərlər dolaşır.