Çempionlar Liqasının 1/2 final mərhələsinin "Borussiya" - PSJ cavab matçını idarə edən italiyalı referi Daniele Orsato görüşdən sonra göz yaşlarını saxlaya bilməyib. Sport24.az xəbər verir ki, Orsato üçün bu oyun ən nüfuzlu Avropa klub turnirində sonuncu olub.

 

48 yaşlı referi Avro-2024-dən sonra peşəkar hakimlik karyerasını başa vuracaq.

 

Qeyd edək ki, Orsato 2010-cu ildən FİFA referisi statusu daşıyır.