"Barselona"nın və "Arsenal"ın sabiq hücumçusu Tyerri Anri PSJ-nin forvardı Kilian Mbappenin "Real"a mümkün transferi ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı futbolçunun transferi haqda belə deyib:

 

"Kilian Mbappe? Onun PSJ-dən getdiyini hamımız bilirik".

 

Qeyd edək ki, bir müddət əvvəl Mbappenin cari mövsümün sonunda PSJ-dən ayrılacağı və "Real"la müqavilə imzalayacağı bildirilib. 25 yaşlı hücumçu bu mövsüm 45 oyun keçirib, 43 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun Paris klubu ilə müqaviləsi 2024-cü ilin iyunun sonuna kimidir.