AFFA-nın təşkilatçılığı ilə Premyer Liqa və I Liqa klublarının təhlükəsizlik, mühafizə üzrə məsul şəxsləri üçün seminar keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti) əməkdaşlarının iştirakı ilə "İzdihamın idarə edilməsi" və "Futbol stadionlarında təhlükəsizlik" mövzularında tədbir baş tutub.

 

Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olunub.