Beynəlxalq Gimnastika Federasiyası (FİG) mayın 10-da Burqasda start götürəcək Dünya kuboku öncəsi Azərbaycan akrobatlarını fərqləndirib.

Sport24.az xəbər verir ki, bu yarış Dünya kuboku seriyasının startı olacaq.

"Dünya çempionatının medalçıları Raziya Seyidli və Ağasif Rəhimov ötən ilki üç Dünya kubokundan ikisinin qalibləridir. Onlar yarışda 1 titul və 2 gümüş qazanan Emi Rafaeli və Yonatan Fridmanla (İsrail) rəqabətini bərpa edəcək".

Qeyd edək ki, bu il Dünya kuboku seriyası üç turnirdən ibarət olacaq.