Heydər Əliyev Mərkəzinin qarşısında Beynəlxalq Talassemiya Gününə həsr olunmuş "Gimnastika hamı üçün" məşğələləri təşkil olunub.

Sport24.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi təlimlərə Talassemiya Mərkəzindən uşaqlar cəlb olunub.

Uşaqlar gimnastika mütəxəssislərinin rəhbərliyi altında isinmə, gimnastika, müxtəlif rəqs hərəkətləri yerinə yetiriblər.