İdman gimnastikası üzrə Azərbaycan millisi Çelenc seriyalı Dünya kubokunda iştirak edəcək. Sport24.az xəbər verir ki, Bolqarıstanın Varna şəhərindəki yarış mayın 23-25-də keçiriləcək.

 

Millimizin heyətində Mənsum Səfərov, Murad Ağarzayev, Rəsul Əhmədzadə və Nazənin Teymurova yer alıb. Əhmədzadə dörd, Səfərov üç, digər gimnastlarımız iki növdə mübarizə aparacaq.