Bu gün keçiriləcək bir oyunla Premyer Liqada XXXIII tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, "ASCO Arena"da "Səbail" "Qəbələ"ni qonaq edəcək.

 

Nə meydan sahiblərinin, nə də qonaqların heç bir turnir hədəfi qalmayıb. "Dənizçilər"in avrokuboklara yollana bilməyəcəyi, "qırmızı-qaralar"ın isə mövsümü sonuncu pillədə başa vuracağı ötən tur rəsmiləşdiyindən komandalar meydana yalnız azarkeşlərini sevindirmək üçün çıxacağını söyləmək olar.

 

Qeyd edək ki, turun digər oyunları dünən və srağagün keçirilib.

 

19:00. "Səbail"– "Qəbələ" 2:3 

Qol: Ramalinqom, 15 (p). Pedro Nuno, 40 (p) - Xaleyla, 20, 56. Allax, 32

Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
"ASCO Arena"

 

"Səbail": 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 44. Yadin Luqasi, 14. Suleyman Alluş

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 4. Adi Mehremiç, 77. Ayub Masika, 55. Nir Bardea, 7. Madi Queta

Baş məşqçi: Şahin Diniyev

"Qəbələ": 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 12. Nicat Əliyev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş, 72. Osama Xalayla

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 20. Bilel Auaşeriya, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo

Baş məşqçi: Kaxaber Tsxadadze