"Gərgin oyun oldu. Hər iki tərəf bərabər səviyyədə döyüşdü. Amma təəssüf ki, nəticə xeyrimizə olmadı. "Zirə" üzərindəki qələbədən sonra bu görüşdə də uğurlu çıxışı  davam etdirmək, meydandan ən azı 1 xalla ayrılmaq istəyirdik. Bu gün 90 dəqiqə meydanda çox iş gördük, ancaq son nöqtəni qoya bilmədik". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın futbolçusu İldar Alekperov deyib.


"Qırmızı-ağlar"ın "17 nömrə"si öz çıxışından narazı qaldığını da vurğulayıb: "Sabah"da oyun təcrübəsindən əziyyət çəkirdim. "Araz-Naxçıvan"a icarəyə gələrkən daha çox şans qazanıb, yaxşı oyun sərgiləcəyimi düşünürdüm. Amma qarşıma qoyduğum hədəfə çata bilmədim. Hazırkı formamdan razı deyiləm".


Futbolçu mövsümün sonunda "Sabah" qayıdıb-qayıtmayacağı barədə də danışıb: "Qarşıda 3 oyunumuz var. Bütün diqqətimi son 3 tura cəmləmişəm. Mövsüm bitəndən sonra isə "Sabah"ın toplanışı başlayacaq. Həmin tolanışa qoşulacam. Yalnız ondan sonra gələcək karyeram harda davam etdirəcəyim bəlli olacaq".


ABDULLA İSMAYILOĞLU