Premyer Liqanın XXXIII turunun ikinci oyun gününə Mərdəkanda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Sabah"ı qonaq edəcək.

 

Naxçıvan təmsilçisinin çempionatda heç bir iddiası qalmayıb. "Qırmızı-ağlar" meydana sadəcə, azarkeşlərini sevindirmək üçün çıxacaqlar. Avrokuboklara vəsiqə qazanmağı düşünən "bayquşlar" üçün isə bu oyunun ciddi önəmi var. İtirilən hər xal Masazır klubunu qitəmiqayası turnirlərdən kənar qoya bilər.

 

Qeyd edək ki, tura sabah keçiriləcək "Səbail" - Qəbələ" matçı ilə yekun vurulacaq.

 

Misli Premyer Liqası

IV dövrə, XXXIII tur

19:00. "Araz-Naxçıvan" - "Sabah" 0:1 

 

 Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Mərdəkan. "Liv Bona Dea Arena"

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 39. Tural Bayramlı, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 29. Vanderson Melo, 8. İsmail Azzaui

Baş məşqçi: Elmar Baxşıyev

"Sabah": 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 88. Xəyal Əliyev, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 90. Oluvaseun Timilehin

Baş məşqçi: Krunoslav Renduliç