Xəbər Lenti

    Azərbaycan üçün tanış rəqib və ya "Qəbələ"nin darmadağın etdiyi Kaxa Kaladzenin ilk klubu

    FutbolTarix: 2017-06-19 15:14:00
    ...

    “Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə üz-üzə gələcək. Sport24.az xəbər verir ki, bu komanda ötən il Avropa Liqasının ilk təsnifat mərhələsində “Qəbələ”yə rəqib olmuşdu. İlk oyunda 5:1 hesablı qələbə qazanan Roman Qriqorçukun komandası ikinci oyunda 1:2 hesablı məğlubiyyətə üzülsə də, mərhələ adlamağı bacarmışdı.

    Samtredia şəhərini təmsil edən bu klub müxtəlif illərdə ayrı-ayrı adlarda çıxış edib. “Lokomotiv”, “Sanavardo”, “Djuba” və “İberiya” adlarını daşıyıb. Fəaliyyəti “Lokomotiv” adı ilə başlayan indiki “Samtredia” SSRİ-nin ikinci liqasında mübarizəyə start verib. Hazırda Gürcüstan çempionatında mübarizə aparan komandanın ən uğurlu dövrü 1994-96-cı illərdə “İberiya” adı altında olub. 1994-95-c illər çempionatında ikinci yeri tutan komanda UEFA kubokuna vəsiqə əldə edir. Lakin burda onlar Makedoniya “Vardar”ın məğlub olurlar. Bu klub Gürcüstan tarixinin ən güclü və əfsanəvi futbolçusu Kaxa Kaladzenin ilk klubu olub. Bundan başqa “Samtredia” Tariyel Davlişvili, Davis Dardzaniya, Piruz Kanteladze, Givi Babanidze, Timur Dzaqnizxe, Sergey Şevstov kimi futbolçuları yetişdirib.

    2015/2016 mövsümündə “Samtredia” tarixində ikinci dəfə Gürcüstan çempionatının gümüş medallarına sahib çıxıb və avrokubokda iştirak hüququ əldə edib. Komandanın baş məşqçisi yerli mütəxəssis Gia Tsetsadzedi. “Samtredia”nın heyətində legioner çıxış etmir. Bütlünlüklər yerli futbolçulardan təşkil olunub. Bu klub Gürcüstan tarixinin ən güclü və əfsanəvi futbolçusu Kaxa Kaladzenin ilk klubu olub. Bundan başqa “Samtredia” Tariyel Davlişvili, Davis Dardzaniya, Piruz Kanteladze, Givi Babanidze, Timur Dzaqnizxe, Sergey Şevstov kimi futbolçuları yetişdirib.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10