Xəbər Lenti

    "Zirə" Türkiyə Super Liqasında oynamış legioneri transfer etdi

    FutbolTarix: 2017-06-18 13:00:00
    ...

    Azərbaycanı Avropa Liqasında təmsil edəcək. "Zirə" növbəti transferini reallaşdırıb. Bu haqda Sport24.az-a məlumat verən komandanın baş məşqçisi Ayxan Abbasov baxışda olan kamerunlu legioner Jozef Boum II ilə bağlı yekun qərarı verdiklərini bildirib: "Jozefi Boluda keçirdiyimiz hər 2 oyunda sınadım. O, həm Bakı "İnter"i, həm də həmyerliləri - Kamerunun “Kolumbe Sportivo” klubu ilə matçda start heyətində meydana çıxaraq yaxşı təsir bağışladı. Mərkəz müdafiəçisidir ki, bizə də bu mövqeyə legioner lazım idi. Uzun illər Türkiyədə oynayıb, Super Liqa təcrübəsi var. Boumla artıq rəsmi müqavilə imzalamışıq. O, 2 il bizim futbolçudu".

    Boumlar nəslinin II nümayəndəsi olan Jozefin karyerası Türkiyə çempionatı, o cümlədən Super Liqa ilə bağlı olub. Belə ki, o, "Mersin İdman Yurdu", "Antalyaspor", "Osmanlıspor", "Qaziantep Böyükşəhir Bələdiyyəspor"un şərəfini qoruyub. 1,86 metr boya malik legioner son vaxtlar oynamadığına görə baxışa dəvət olunmuşdu.

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10