PSV Niderland çempionatında 2023/2024 mövsümünün çempionu olub. Sport24.az xəbər verir ki, Eyndhoven təmsilçisi sona 2 tur qalmış bu uğura imza atıb.

 

Eredivizyanın XXXII turunda "Sparta"ya 4:2 hesabı ilə qalib gələrək xallarının sayını 87-yə çatdıran PSV ən yaxın izləyicisi "Feyenoord"u 12 xal qabaqlayaraq, çempionluğu rəsmiləşdirib.

 

PSV tarixində 25-ci dəfə Niderland çempionatının qalibi olub. Komanda sonuncu dəfə 2017/2018 mövsümündə çempion titulunu qazanıb.

 

Qeyd edək ki, eynhovenlilər mövsümün son 2 oyununda "Fortuna" (12 may) və "Valveyk"lə (19 may) qarşılaşacaqlar.