Bakıda keçirilən atıcılıq üzrə Dünya kuboku davam edir. Sport24.az xəbər verir ki, bu gün Azərbaycan millisinin 14 atıcısı mübarizəyə qoşulacaq.

 

Niyaz Ağazadə, Fuad Qurbanov, Cavid Həsənov, Əli Mustafayev və Hüseyn Mahmudov kişilərin skit yarışında təsnifat mərhələsinə başlayacaq. Eyni növdə xanım snayperlərimiz Nurlana Cəfərova, Reqina Meftahətdinova, Sevda Mustafayeva və Cəmilə Paşayeva da mübarizə aparacaq.

 

Qadın yığmamızın 5 üzvü 25 m məsafədən tapança ilə atəş açmada da qüvvəsini sınayacaq. Xanna Əliyeva, Zeynəb Sultanova, Həqiqət Atayeva, Nigar Nəsirova və Nərminə Səmədova hədəf önünə keçəcək.

 

Qeyd edək ki, Dünya kuboku mayın 12-də başa çatacaq.