Mövsümün sonunda PSJ-dən ayrılacaq Kilian Mbappenin yeni klubunda hansı nömrə altında çıxış edəcəyi bəlli olub. Sport24.az Fransa mətbuatına istinadən xəbər verir ki, "Real"a transferi gözlənilən 25 yaşlı forvard Madrid təmsilçisində 10 nömrəli formada çıxış edəcək.

 

Keçidin AVRO-2024-ün oyunlarından əvvəl rəsmən açıqlanacağı bildirilib.

 

Qeyd edək ki, Mbappe Paris klubunun heyətində ümumilikdə 305 oyuna çıxıb və 255 qola imza atıb.