Ağır atletika üzrə ikiqat Avropa çempionu, ukraynalı Aleksandr Peleşenko ölkəsinin Rusiyaya qarşı apardığı müharibədə həlak olub. Sport24.az xəbər verir ki, bu barədə Ukrayna millisinin baş məşqçisi Viktor Slobodyanyuk məlumat verib.

 

30 yaşlı idmançı 2022-ci ilin fevralında başlayan müharibənin ilk günlərindən Ukrayna Silahlı Qüvvələrində xidmətə başlayıb.

 

Aleksandr Peleşenko 2016 və 2017-ci illərdə 85 kq çəki dərəcəsində Avropa çempionu titulunu qazanıb. 2016-cı ildə Rioda keçirilən Olimpiya Oyunlarında dördüncü yeri tutub.

 

Qeyd edək ki, Peleşenko 2018-ci ilin aprelində dopinqdən istifadə etdiyinə görə 2026-cı ilə qədər yarışlardan kənarlaşdırılmışdı.