Xəbər Lenti

    Aprel döyüşlərinə həsr edilmiş beynəlxalq yarış keçirilib

    CüdoTarix: 2017-04-21 10:25:00
    ...

    Bu gün Bakı İdman Sarayında aprel döyüşlərinə hərs edilmiş 21 yaşa qədər cüdoçular arasında beynəlxalq komanda yarışı keçirilib. 101 idmançının (82 oğlan, 19 qız) iştirak etdiyi beynəlxalq turnirdə 12 komanda qalib adı uğrunda mübarizə aparıb.

    “Aran-Qarabağ”, “Gəncə”, “Judo 2012”, “Masallı”, “Neftçi İdman Klubu” İB, “Qəbələ”, “Sumqayıt”, “Şimal Qərb” zonası, Bakı UGİM-11, İOEUGİM-13 klubları ilə yanaşı Rusiya və Gürcüstan millisi də mötəbər turnirin iştirakçısı olub.

    Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda “Neftçi İdman Klubu” və Rusiya yığması 3-cü olub.

    Final qarşılaşmalarından öncə yarışın açılış mərasimi keçirilib.

    Həlledici görüşdə isə Gürcüstan millisi ilə “Judo 2012” komandası qarşılaşıb. Gürcüstan millisi rəqibinə qalib gələrək aprel döyüşlərinə hərs edilmiş cüdo üzrə beynəlxalq komanda yarışının qalibi olub.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10