Xəbər Lenti

    Prosineçki qızının zəhərlənməsinə görə bir az da ləngiyəcək

    FutbolTarix: 2017-08-21 11:47:00
    ...

    Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin Bakıya gəlişinin yubanma səbəbi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu, hazırda vətəni Xorvatiyada olan 48 yaşlı mütəxəssisin ailəsində problemin yaranması ilə əlaqədardır.

    Belə ki, R.Prosineçkinin qızı qidadan zəhərlənib. Bu səbəbdən onun avqustun 20-nə nəzərdə tutulan Bakı səfəri növbəti dəfə yubanıb. Baş məşqçinin avqustun 22-də gələcəyi bildirilir.

    Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 1-də səfərdə Norveçlə, sentyabrın 4-də isə evdə San Marino ilə 2018-ci il dünya çempionatının seçmə oyunlarına çıxacaq. Hələlik bu qarşılaşmalar üçün heyət açıqlanmayıb. (report.az)

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3