Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Qəbələdə keçiriləcək.

 

Rayonun eyniadlı təmsilçisi "Zirə"ni qonaq edəcək. Bu komandalar arasında 3 həftə əvvəl baş tutan görüş "qartallar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bəs bu gün kim sevincək?  

 

Qeyd edək ki, "Qəbələ" ölkə kubokunun son qalibidi.

 

Azərbaycan Kuboku

½ final mərhələsi, cavab oyunun

17:30. "Qəbələ" – "Zirə" 0:2 

Qol: Kulaç, 59. Rafael Utziq, 85

İlk oyun 1:2

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Qəbələ. Şəhər stadionu