Polşa mətbuatı "LKS Lodz"un azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun Ekstraklasanın XXXI turu çərçivəsində baş tutan "Şlensk"lə oyunundakı (1:2) çıxışını qiymətləndirib. Sport24.az xəbər verir ki, "Łódzki Sport" portalı Məmmədovdan bunları yazıb:

 

"Rahil "Şlensk"lə görüşdə yetərincə çox səhvə yol verdi. Məğlubiyyətin əsas günahkarı Məmmədovdur".

 

Qeyd edək ki, Məmmədov bütün 90 dəqiqə meydanda olub. "LKS Lodz" isə matçda məğlub olaraq Ekstraklasanı tərk edib. Komanda 21 xalla 18-ci yerdədir.