"Barselona"nın baş məşqçisi Xavi Ernandes növbəti mövsümdə postunda qalmaq qərarına azarkeşlərinin təsir etdiyini etiraf edib. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə bu gün keçirilən mətbuat konfransında danışıb:

 

"Küçədə azarkeşlərlə rastlaşanda, onlar daim məndən qalmağımı xahiş edirdilər. Mənə çox sevgi bəxş etdilər. Mənə elə gəlir ki, azarkeşlər hələ də həyəcanlıdırlar. Gələn mövsüm mübarizəyə hazır olacağıq".

 

Qeyd edək ki, Xavinin "Barselona" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Komanda cari mövsümdə onun rəhbərliyi altında heç bir kubok qazanmayıb.