Almaniya millisinin və "Bavariya"nın sabiq  baş məqşçisi Hans-Diter Flik Premyer Liqa komandasına rəhbərlik edə bilər. Sport24.az "Tribal Football"-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis "Çelsi"nin "sükanı arxasına" keçməyə yaxındı.

 

Daha əvvəl "Bavariya"nın Fliklə maraqlandığı bildirilmişdi, lakin Münhen klubu keçmiş baş məşqçisini geri qaytarmamaq qərarına gəlib.

 

Qeyd edək ki, "Çelsi" hazırda heç də yaxşı mövsüm keçirmir. Londonlular 34 oyundan sonra turnir cədvəlində 8-ci yerdədir.