Azərbaycan boksçuları Macarıstanın Eqer şəhərində gənclər arasında keçirilən beynəlxalq turniri 2 medalla başa vurublar. Sport24.az xəbər verir ki, baş məşqçi Elbrus Rzayevin yetirmələrindən Abbasqulu Şadlinski (71 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

O, finalda Arpad Jambora 4:1 hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.

 

Tağı Nəsibov (60 kq) isə həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gəlib. Görüş rəqibin hesablı qələbəsi ilə başa çatdığından boksçumuz gümüş medala yiyələnib.