Mayın 20-də Bakıda güləş üzrə start götürəcək U-23 Avropa çempionatı üçün Azərbaycanı millisinin heyəti bəlli olub. Sport24.az xəbər verir ki, yığma yarışa 28 güləşçi ilə qatılacaq. 

 

Sərbəst növdə ölkəmizi Elman Ağayev (57 kq), Nurəddin Novruzov (61 kq), Musa Ağayev (65 kq), Kənan Heybətov (70 kq), Cəbrail Qadciyev (74 kq), Ali Tçokayev (79 kq), Arsen Coyev (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq) və Yusif Dursunov (125 kq) təmsil edəcəklər.

 

Yunan-Roma növündə Rəşad Məmmədov (55 kq), Nihad Quluzadə (60 kq), Ziya ,Babaşov (63 kq), Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) xalça üzərinə çıxacaqlar.

 

Qadınların mübarizəsində isə Şahanə Nəzərova (50 kq), Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyə Sadıqova (72 kq) medallar uğrunda yarışacaq.

 

Qeyd edək ki, Avropa çempionatı mayın 26-da yekunlaşacaq.