Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında qələbə qazanıb.

Sport24.az xəbər verir ki, onun çıxış etdiyi "Adana Dəmirspor" 35-ci turda 1:0 hesabı ilə qalib gəlib.

"İstanbulspor"la görüşdə yeganə qolu 10-cu dəqiqədə Barasi vurub. 90 dəqiqə meydanda olan Şahruddin komandanın 3 xal qazanmasında böyük pay sahibi olub. Adanalılar 4 turdan sonra 3 xal qazanıblar.

Qeyd edək ki, "Adana Dəmirspor" 44 xalla 11-ci pillədə qərarlaşıb.