İngiltərə Premyer Liqasına daha bir vəsiqənin sahibi bəlli olub. Sport24.az xəbər verir ki, "İpsviç" elitaya qayıdıb.

 

Bu, Çempionşipin XLVI turunda rəsmiləşib. "Haddersfild"ə 2:0 hesabı ilə qələbə "İpsviç"ə Premyer Liqaya qayıtmaq imkanı verib. Sonuncu dəfə 2001/02 mövsümündə güclülər sırasında olan klub 22 ildən sonra elitaya dönüb.

 

Qeyd edək ki, Premyer Liqaya ilk vəsiqəni "Lester" qazanıb. Sonuncu vəsiqə isə "Lids", "Sauthempton", "Vest Bromviç" və "Norviç" arasında pley-offdan sonra sahibini tapacaq.