16 yaşadək qız voleybolçular arasında Azərbaycan birinciliyinin qalibi müəyyənləşib.

Sport24.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan final matçında "Azərreyl-1" ilə "Şərqi Zəngəzur RVK" qarşılaşıb.

Görüş birincilərin 3:0 (25:17, 25:15, 25:08) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Azərreyl-1" ölkə çempionatının qızıl medallarını qazanıb.