"Hazırlığımız çox yaxşı keçir. Gənclər də bizimlə birlikdədirlər. Onlara lazımi dəstəyi verəcəyik". Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Vüqar Bayramov Qızıl Avropa Liqasına hazırlıqlar barədə danışarkən deyib.

 

O, bildirib ki, komandanı qarşıda ciddi sınaq gözləyir: "İlk görüşümüz Rumıniya ilə olacaq. Onlar təcrübəli komandadır. Ardınca qarşılaşacağımız Ukrayna yığması isə son iki mövsümdə Qızıl Avropa Liqasında final oynayıb. Düşünürəm ki, nəticə ilə bağlı indidən nəsə demək tez olar. Hər şey oyunlardan sonra məlum olacaq".

 

Qeyd edək ki, yığmamız Qızıl Avropa Liqasında mübarizəyə mayın 17-də Bakıda başlayacaq.