"Zalsburq"un qapıçısı Aleksandr Şlager "Verder"lə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

 

"Transfermarkt" portalı qolkiperin "Verder"ə azad agent statusunda qoşulduğunu və sözləşmənin 2029-cu ilin yayına qədər qvvədə olduğunu bildirib. 

 

30 yaşlı Şlager "RB Leypsiq"in U-19 komandasında qısa müddət oynadığı müddət istisna olmaqla, bütün karyerasını Avstriya liqasında keçirib.

 

Ötən mövsüm Şlager "Zalsburq"da bütün turnirlərdə 47 oyun keçirib və 7 matçda qapısını toxunulmaz saxlayıb.

 

Qeyd edək ki, qapıçı həmçinin Avstriya millisinin formasında 30 oyunda meydana çıxıb keçirib və DÇ-2026-da əsas heyətin üzvü olub.