Beynəlxalq dərəcəli hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb. Sport24.az xəbər verir ki, o, İtaliyada keçirilən voleybol üzrə 18 yaşadək (U-18) oğlanlar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında hakim kimi ədaləti qoruyur.
İyulun 7-də start götürən qitə birinciliyi ayın 18-dək davam edəcək.