"Genk" Dortmund "Borussiya"sının yarımmüdafiəçi Konstantinos Karetsas üçün 30 milyon avroluq təklifini rədd edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Saşa Tavolyeri sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, Belçika klubu təklifi geri çevirsə də, oyunçu özü Dortmunda yollanmaq istəyir.
18 yaşlı Karetsas Yunanıstanın ən istedadlı futbolçularından biri hesab olunur. O, 2025-ci ilin martın millidə debüt edib və artıq 10 oyunda 3 qola imza atıb.
Qeyd edək ki, Karetsas "Genk"in əsas komandasında bütün yarışlarda 92 oyun keçirib, 6 qol vurub və 23 məhsuldar ötürmə edib.