Premyer Liqanın XXXIII turunun ilk oyun gününə paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Azersun Arena"da keçiriləcək matçda "Qarabağ" "Neftçi"ni qəbul edəcək.

 

Ağdam təmsilçisi artıq çempionluğu təmin etdiyindən bu dəfə baş tutacaq "Azərbaycan derbisi"nin xüsusi əhəmiyyəti yoxdu. Qonaqlar isə mövsümü ikinci pillədə başa vurmaq üçün mütləq qələbə qazanmalıdı. Bundan başqa "ağ-qaralar" cari "futbol İli"ndə "süvarilər"ə qarşı matçların hər üçündə məğlub olduğundan səfərdə azarkeşlərini sevindirmək naminə meydana çıxacaq.

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 19:30-da səslənəcək.

 

Misli Premyer Liqası

IV dövrə, XXXIII tur

19:30. "Qarabağ" - "Neftçi" 5:0 

Qol: Nəriman, 11, 76. Toral Bayramov, 42. Andrade, 66. Zubir, 86

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Bakı. "Azersun Arena"