Aprelin 26-28-də Bolqarıstanın Burqas şəhərində bədii gimnastika üzrə "Prize of Julieta Shishmanova" adlı beynəlxalq yarış keçiriləcək. Sport24.az xəbər verir ki, turnirdə Azərbaycan 3 gimnastla təmsil olunacaq.

 

Ölkəmizin idman şərəfini məşqçilər Ayan Sadıqova, Dəniz Abdullazadə və Dəniz Əsgərova qoruyacaqlar.

 

Dilbər İbrahimova və Səbinə Hacıyeva isə turnirdə hakimlər sırasında yer alacaq.