Kuba və Azərbaycan Gimnastika Federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu imzalanıb. Sport24.az xəbər verir ki, Anlaşma memorandumu AGF-nin baş katibi Nurlana Məmmədzadə və Kuba Gimnastika Federasiyasının vitse-prezidenti xanım Yainet Villalta Pena tərəfindən imzalanıb.

 

Bu əməkdaşlıq federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.