Rövnəq Abdullayev AFFA prezidenti postundan getsə də, deyəsən, futbol sahəsindən tam ayrılmaq fikrində deyil. Sport24.az-ın əldə etdiyi məlumata görə, SOCAR-ın sabiq prezidenti Premyer Liqa klublarından birinin sponsoru olacaq.

 

Hətta Abdullayevin hansı klubu himayəyə götürəcəyi də artıq dəqiqləşib. Etibarlı mənbədən redaksiyamıza daxil olan bilgiyə əsasən AFFA-nın sabiq rəhbəri "Qaradağ Lökbatan"a maliyyə ayırmağı planlaşdırıb. Təbii ki, qəsəbə təmsilçisi bunun üçün ilk növbədə elitaya vəsiqə qazanmalıdı.

 

O da məlumdu ki, "Qaradağ Lökbatan" Premyer Liqaya yüksələcəyi halda qeydiyyat ünvanını da dəyişəcək. Klub rəhbərliyinin qarşısına bölgələrdən birinə, daha dəqiq desək, Ağsuya üz tutmaq öhdəçiliyi qoyulub.

 

Qeyd edək ki, hazırda aktivində 48 xal olan "Qaradağ Lökbatan" I Liqanın lideridi. Komandanın mövsümü "qızıl"la başa vuracağı tam real görünür.