Mahir Emreli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında iştirak edən cüdo yığmamızın düşərgəsinə baş çəkib. Sport24.az xəbər ki, Zaqreb "Dinamo"sunda çıxış edən azərbaycanlı futbolçu Hidayət Heydərovla görüşüb.

 

Mahir cüdo üzrə 3 qat Avropa çempionuna "Dinamo"nun formasını hədiyyə edib. O, cüdoçularımıza qitə çempionatında uğurlar arzulayıb.

 

Qeyd edək ki, Emreli zədə üzündən uzun müddətdir Zaqreb klubunun əsas heyətindən kənarda qalıb.