FİFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını açıqlayıb. Sport24.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi 29-cu pillədə qərarlaşıb.

 

Yığma komandanın hesabında 1139,38 xal var.

 

Qeyd edək ki, Braziliya (1568,41 xal) liderdir. Portuqaliya (1527,61) ikinci, İspaniya (1514,42) isə üçüncü sıradadır.