"Kocaelispor"un prezidenti Rəcəb Durul "Bodrumspor"a məğlubiyyətdən (0:3) sonra komandanın oyununa münasibət bildirib, Ramil Şeydayevin narazı qaldığını vurğilayıb. Sport24.az "En Kocaeli"yə istinadən xəbər verir ki, klub prezidenti Şeydayevin hücumçu kimi ümidləri doğrultmadığını vurğulayıb:

 

"Rəqib bizi məğlub etmək istəyirdi, amma biz bunu özümüz bacardıq. "Bodrumspor"un oyunun yaxşı təhlil edə bilmədik. Yəqin ki, onlardan bu cür oyun gözləmirdik. Onlar qələbə qazanmağı daha çox istəyirdilər. İlk hissədə fərdi səhvlərdən sonra iki qol buraxdıq. Bizim xeyrimizə iki penalti verilmədi. Oyuna Emirin libero, Ramil Şeydayevin isə hücumçu kimi çıxması oyunumuzu zəiflətdi. Kifayət qədər qol vəziyyətləri yaratmadıq. Ramil də bu baxımdan o qədər də faydalı olmadı".

 

Qeyd edək ki, "Kocaelispor" 33 turdan sonra 55 xalla 6-cı pillədədir.