19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 2024/2025 mövsümü üzrə seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Sport24.az xəbər verir ki, 7-ci qrupda yer alan U-19 noyabrın 13-də İrlandiyanın, 16-da İslandiyanın, 19-da isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandaları ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, qrup mərhələsinin görüşləri Moldovada baş tutacaq.