Güləş üzrə Azərbaycan hakimləri növbəti uğura imza atıb. Sport24.az xəbər verir ki, Rumıniyada keçirilən imtahanların yekunlarına əsasən, 2 milli dərəcəli referimiz beynəlxalq kateqoriyaya sahib çıxıb.

 

Samil Fəttayev və Elxan Həmidzadə III dərəcəli beynəlxalq hakim statusuna yiyələnib. Bununla da beynəlxalq kateqoriyalı hakimlərimizin sayı 25-ə çatıb.

 

Qeyd edək ki, I-S dərəcəli 2, I dərəcəli 10, II dərəcəli 6, III dərəcəli 7 güləş hakimimiz var.