Mayın 20-26-da Bakı İdman Sarayında keçiriləcək güləş üzrə U-23 Avropa çempionatının biletləri satışa çıxarılıb. Sport24.az xəbər verir ki, "İticket" vasitəsilə satışa çıxarılan biletlərin qiyməti 2 AZN-dir.

 

İlk dəfə ölkəmizdə təşkil ediləcək yarışın biletləri hər gün gündüz və axşam olmaqla, 2 fərqli seans üzrə satışdadır. Yalnız son yarış günündə 1 seans (axşam) nəzərdə tutulub. 1, 2, 4, 5, 14 və 15-ci sektorlar üçün bilet satışı həyata keçirilir. Ümumilikdə 6630 bilet satışa çıxarılıb.

 

Qeyd edək ki, biletləri iticket.az saytından onlayn qaydada və "İticket"in şəhərin müxtəlif məkanlarında yerləşən satış məntəqələrindən əldə etmək mümkündür.