İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Maykl Kerrik UEFA Çempionlar Liqasının liqa mərhələsinin I turunda "Sabah"a qalib gəldikləri (4:0) oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, ingiltərəli mütəxəssis matçı şərh etdi:
– Əlbəttə, bir qədər şablon səslənə bilər, amma bizim üçün əsas məqsəd 3 xal qazanmaq idi. Qarşılaşmada çoxlu müsbət məqamlarımız oldu. Xüsusilə hücumdakı bəzi kombinasiyalarımız və futbolçularımızın hərəkətliliyi çox yaxşı alındı. Göstərdiyimiz oyunda bir sıra epizodlar həqiqətən də yüksək səviyyədə idi. Keçidlər zamanı qarşı tərəf üçün ciddi təhlükə yaradırdıq və ümumilikdə matçın böyük hissəsində müdafiədə də nizamlı çıxış etdik. Rəqibə böyük hörmətlə yanaşmaq lazımdır. "Sabah" mübarizə aparmaq üçün həqiqətən çətin komandadır. Qısa ötürmələrlə bir-birləri ilə yaxşı əlaqə qururlar və topu geri qazanmaq üçün rəqibi daim yüksək tempdə işləməyə məcbur edirlər. Hesaba baxdıqda oyunun rahat keçdiyi təəssüratı yarana bilər, lakin qarşılaşma heç də asan alınmadı. Düşünürəm ki, meydanda çox yaxşı mübarizə apardıq və nəticədə tamamilə layiqli qələbə qazandıq.