Azərbaycan güləşçisi Mariya Stadnik ağır itki ilə üzləşib.

Sport24.az xəbər verir ki, dördqat olimpiya mükafatçısının atası vəfat edib.

Bu üzdən də Mariya Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirindən birbaşa Ukraynaya yollanıb. O, evə döndükdən az sonra atası vəfat edib.

Qeyd edək ki, Stadnik Paris-2024-ə lisenziyanı İstanbulda qazanıb.

Allah rəhmət eləsin.