İspaniyanın paytaxtı Madriddə Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsinin iclası keçirilib.

Sport24.az xəbər verir ki, iclasda qurumun İcraiyyə Komitəsinin və "Qarabağ" Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov da iştirak edib.

Toplantını ECA-nın rəhbəri, PSJ-nin prezidenti Nasser Əl-Xelaifi açıb. O, bu mövsüm öz ölkələrinin çempionluğunu qazanmaları münasibəti ilə "Qarabağ" (Azərbaycan), "İnter" (İtaliya), "Bayer" (Almaniya) və "Ferensvaroş"u (Macarıstan) bu klubların iclasda iştirak edən rəsmiləri vasitəsi ilə təbrik edib. "Feyenoord"a isə Niderland kubokunu qazandığı üçün təbrik payı düşüb.