Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kuboku start götürəcək.

Sport24.az xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan yeniyetmələrdən ibarət milli komanda ilə təmsil olunacaq.

Yığmamızın baş məşqçisi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərov Prezident kubokunda Əli Həsənzadə, Zeynəb Səfərəliyeva, Rüqəyya Əliyeva (hər üçü 33 kq), Hüseyn Abbaslı, Anar Abdullazadə, Fatimə Zeynalova, Ləman Manafova, Fatimə İbişova (hamısı 37 kq), Murad Canaliyev, Səid Feyzullayev, Rasif Hacıyev, Məryəm Cəfərova, İnci Muradova (hamısı 41 kq), Gülay Əliyeva (44 kq), Novruz Əliyev (45 kq), Gülnar Rəsulzadə (47 kq), Amirabbas Fazlişahqoli, Ayxan Əhmadli (hər ikisi 49 kq), Çingiz Həsənov (53 kq), Türkan Yuniszadə (55 kq), Gülnaz Abdullayeva (+59 kq) və Sərxan Talıbzadəyə (65 kq) şans verəcək.

Komandaya rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinin üzvü Anar Surxayzadə edəcək.