Tennis üzrə Madrid Masters turnirinin finalçıları bəlli olub. Sport24.az xəbər verir ki, kişilərin mübarizəsində Andrey Rublyov və Feliks Oje-Alyassim qarşılaşacaq.

 

Rusiyalı tennisçi yarımfinalda amerikalı Teylor Fritsə qalib gəlib. Kanadalı Oje-Alyassim isə 1-ci setdə çexiyalı Jiri Leheçkanın imtinasından sonra həlledici matçın iştirakçisi olmaq hüququ qazanıb. 

 

Qadınların həlledici görüşündə isə reytinq cədvəlinə başçılıq edən 2 tennisçi - Arina Sabalenka (Belarus) və İqa Şvyontek (Polşa) güclünü müəyyən edəcəklər.

 

Qeyd edək ki, qadınların finalı bu gün, kişilərdə isə sabah baş tutacaq.