"Atletiko"nun gənclər komandasının məşqçisi Fernando Torres İspaniya klubunun ikinci komandasına rəhbərlik edə bilər. Sport24.az AS nəşrinə istinadən xəbər verir ki, 2023/2024 mövsümü başa çatdıqdan sonra Torres gənclər komandasındakı işini başa vuracaq və əvəzedici komandaya yüksələcək.

 

O, "Atletiko"nun ikinci komandasının "sükanı arxasında" Lui Theveneti əvəz edəcək.

 

Qeyd edək ki, Torres 2019-cu ilin yayında futbolçu karyerasını bitirdiyini açıqlayıb. 40 yaşlı veteran futbolçu "Atletiko", "Çelsi" və "Liverpul"dakı çıxışları ilə tanınır. O, İspaniya millisi ilə birlikdə dünya və Avropa çempionu olub.