"Bağçam" şəbəkəsinin ənənəvi Şahmat Festivalı başa çatıb. Sport24.az xəbər verir ki, 33 balacanın qatıldığı və İsveçrə sistemi ilə keçirilən yarışda sevinən tərəf "Peter Pan" bağçası olub.


Komandanın kapitanı Hüseyn İsalı bütün rəqibləri üzərində qələbə qazanaraq fərdi qaydada qızıl medala sahib olmaqla, təmsil etdiyi bağçaya da çempionluq Kubokunu qazandırıb ki, bununla da "Peter Pan"a ötənilki çempionluq titulunu qorunmasını təmin edib.


İkinci pilləyə "Joyful" bağçası yüksəlib və komandanın lideri Rafael Məmmədov gümüş medal və müvafiq Kuboku başı üzərinə qaldırıb.


Üçüncü yer "İndigo Qarayev" bağçasına nəsib olub. Komandanın kapitanı Fərid Əliyev 3-cü yer Kubokunu təmsil etdiyi bağçaya təmin etməklə yanaşı, bürünc medala layiq görülüb.


Bundan əlavə bağçalar üzrə nəticələr də müəyyənləşib.


"İndigo Neapol"
1. David Qasımlı
2. Abbas Cəvziyev
3. Məcid Xəlilzadə


"İndigo Vurğun"
1. Əminə Süleymanova
2. Atilla Süleyman
3. Leyla Əlizadə


"İndigo Qarayev"
1. Fərid Əliyev
2. Mirilyas Abdullayev
3. Cavad Babayev


"My Garden"
1. Stefaniya Yankeviç
2. Fatimə Əliyeva
3. Miray Həmzəzadə


"İndigo Gənclik"
1. Səid Şahbazlı
2. Selin Rzayeva
3. Sunal Əkbərli


"Baby Star"
1. Ömər Hüseynli
2. Paşa Səmədsoy
3. Ayxan Abdıyev


"Joyful"
1. Rafael Məmmədov
2. Kənan Məmmədzadə
3. Sofiya Əlizadə


"Peter Pan"
1. Hüseyn İsalı
2. Tunar Ağayev
3. Adil Paşayev